Ötən gün Ermənistanın təxribat törətdiyi Laçın rayonunun Zabux kəndinin son durumu ilə bağlı məlumatlar yayımlanıb.
Bizim.Media xəbər verir ki, AzTV-nin əməkdaşı hadisə baş verən ərazidən reportaj hazırlayıb.
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun 3 hərbiçisi şəhid olub.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Ermənistan müdafiə nazirliyi də orduda itkilərinin olduğunu təsdiqləyib. Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var. Yaralılar arasında Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan da var.
Sözügedən reportajı təqdim edirik:
Bizim.Media