Ombudsman Elmira Süleymanova yaxın günlərdə təmas xəttində olacaq.
Moderator.az xəbər verir ki, bu sözləri Ombudsman Elmira Süleymanova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O, həmçinin qeyd edib ki, sabah beynəlxalq təşkilatların böyük nümayəndə heyəti Ombudsman Aparatında qəbul ediləcək. Ombudsman onu da əlavə edib ki, il ərzində aparata daxil olan təkliflər üzərində işlənilir:
"Fəaliyyətimiz bütövlükdə müharibə dövrünə, erməni təcavüzünə təsadüf edir. Mütəmadi olaraq hərbi hissələrdə oluruq. 100-dən çox rəsmi bəyanatlarımız olub. Hər bir sənəddə erməni dövlətinin işğalçılıq fəaliyyəti öz əksini tapıb".
Müvəkkil çıxışının sonunda deputatlara təklif edib ki, onlar yalnız zəbt olunan rayonların sərhədində olan rayonlarda deyil, bütövlükdə son günlər baş verən hadisələrlə bağlı orada yaşayan insanların əhval-ruhiyyəsini yüksəltmək üçün müntəzəm olaraq tədbirlər keçirsinlər. xa0


































































































