İsmayıllıda ata və oğlu qonşunu döyərək ağır xəsarətlər yetirib. 
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.
Belə ki, aprelin 12-də saat 17:30 radələrində rayonun İvanovka kənd sakinləri Qurbanov Etibar Qasim oğlu və Qurbanov Hicran Etibar oğlu şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, 1986-cı il təvəllüdlü Qasımov Raqib Ilyas oğlunu döyüblər. 
O, ağır bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.  
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  
Aqil Əsədov, Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
							19:22 / 12.04.2023
							
						İsmayıllıda kənd sakinləri arasında dava olub, xəsarət alan var
						
							
								Hazırda oxunan: İsmayıllıda kənd sakinləri arasında dava olub, xəsarət alan var							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: İsmayıllıda kənd sakinləri arasında dava olub, xəsarət alan var							
						130408
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































