"Təhlükəsizliyim hələ də polislər tərəfindən qorunur".
Bizim.Media xəbər verir ki, bu barədə martın 28-i sui-qəsdə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa lent.az-a deyib.
“Müalicəm xəstəxanada olduğu kimi evdə də davam etdirilir. İndi yaxşıyam. Tam düzəlməyimə vaxt lazımdır. Müddət keçdikcə həm ayağımda, həm də qolumda müalicənin təsirləri görünəcək.
Təhlükəsizliyim hələ də polislər tərəfindən qorunur. Daxili İşlər Nazirliyi, həmçinin bütün dövlət qurumları bu məsələ ilə maraqlanır. İstintaq davam etdirilir” – deyə deputat qeyd edib:
Fazil Mustafa işə nə zaman çıxacağı ilə bağlı suala belə cavab verib:
“Hələ ki, müalicəm davam etdiyi üçün işə nə zaman çıxacağım bəlli deyil. Müalicəm yekunlaşandan sonra işə çıxmaq barədə düşünəcəm”.
Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Xatırladaq ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 12.04.2023
\"Təhlükəsizliyim qorunur\" - Fazil Mustafa
Hazırda oxunan: \"Təhlükəsizliyim qorunur\" - Fazil Mustafa
Hazırda oxunan: \"Təhlükəsizliyim qorunur\" - Fazil Mustafa
130393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.