Bakıda 2 yaşlı uşağını və qayınanasını bıçaqlayan şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Bakıda 2 yaşlı uşağını və qayınanasını bıçaqlayan şəxsə HÖKM OXUNDU

130384

Bakıda 2 yaşlı uşağını və qayınanasını bıçaqlamaqda təqsirləndirilən Saqi Kərimova hökm oxunub və o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 23-də Səbail rayon ərazisində qeydə alınıb. Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən xəsarətlər yetirib, sonra özünün boğaz nahiyəsinə bıçaqla zərbə vurub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin