“Yaxın zamanlarda Füzuli Şəhər Xəstəxanasının, Mərkəzi Parkın, Füzuli uşaq bağçasının inşasına başlanılacaq”.
Bizim.Media xəbər verir ki, bunu bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, 2026-cı ilə qədər ümumilikdə 10 kəndin bərpası nəzərdə tutulur:
“Füzuli şəhərində artıq MİDA tərəfindən ilk yaşayış məhəlləsinin salınması işləri çox sürətlə gedir. Həmçinin, Özbəkistan Respublikası tərəfindən 960 yerlik məktəb binasının, Qazaxıstan Respublikası tərəfindən isə Kurmanqazı adına Uşaq Yaradıcılıq mərkəzinin tikintisi davam etdirilir. MİDA tərəfindən inşa olunan məhəllə 846 mənzildən ibarətdir. Ümid edirik ki, 2024-cü ildə Füzuli şəhərinə ilk keçmiş məcburi köçkünlər köçəcək. Bunun üçün bütün infrastruktur yaradılacaq. 846 mənzilə 3000-ə yaxın məcburi köçkünün köçürülməsi nəzərdə tutulub. 2026-cı ilə qədər Füzuli şəhərinə təxminən 8 min, ümumilikdə Füzuli rayonuna isə 22 minə yaxın keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:43 / 12.04.2023
Füzulinin 10 kəndinin bərpası nəzərdə tutulur – RƏSMİ
Hazırda oxunan: Füzulinin 10 kəndinin bərpası nəzərdə tutulur – RƏSMİ
Hazırda oxunan: Füzulinin 10 kəndinin bərpası nəzərdə tutulur – RƏSMİ
130382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.