“Qoç ət”in vəzifəli şəxsinə cəza VERİLDİ

Hazırda oxunan: “Qoç ət”in vəzifəli şəxsinə cəza VERİLDİ

130372

“Qoç ət” KFT MMC-yə məxsus olan və Qaradağ rayonunda yerləşən kəsim sexində xadimənin elektrik ətqarışdırıcı qurğuya düşərək ölməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə şirkətin kəsim sexinin müdiri, 1979-cu il təvəllüdlü Vüsal Babayev Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, hadisə baş verərkən kəsim sexində xadimə kimi çalışan 1982-ci il təvəllüdlü Pirməmmədova Rəqsanə Azad qızı qurğunun tam söndürülməsi şəraitində iş görməli olsa da, həmin vaxt elektrik mikseri elektrikə qoşulu olub. Qadın cihazın ətrafını təmizləyərkən o, miksero toxunub və avadanlığın içinə düşərək hərəkət edən ətqarışdırıcının içində hissələrə bölünüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məhkəmədə mərhum R.Pirməmmədovanın həyat yoldaşı onun hadisədən təxminən 15-20 gün əvvəl kəsim sexində işləməyə başladığını deyib. O, qarşı tərəflə barışdığını şirkətə və onun kəsim sexinin müdirinə qarşı şikayət və tələbinin olmadığını deyib.
Qaradağ Rayon Məhkəməsi Vüsal Babayevi Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cəza 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin