"YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər 3 gün ərzində 150-dən çox qazimizi müayinə ediblər.
Fonddan Bizim.Media-ya verilən məlumata görə, ağır yaralı olan qazilərimizin bundan sonra da müalicə və əməliyyatları türkiyəli və yerli həkimlərin birgə rəyi əsasında davam etdiriləcək.
MÖVZU İLƏ BAĞLI:
Türkiyəli həkimlər qazilərimizi müayinə edirlər - FOTOLAR
Xatırladaq ki, “YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.
Bizim.Media