Əhalinin neçə faizi Azərbaycanı təhlükəsiz ölkə hesab edir? – SORĞU 

Hazırda oxunan: Əhalinin neçə faizi Azərbaycanı təhlükəsiz ölkə hesab edir? – SORĞU 

130355

Ölkə əhalisinin 66,2 faizi Azərbaycanı sabit və təhlükəsiz ölkə olaraq xarakterizə edib.

Bizim.Media xəbər verir ki, bu Sosial Tədqiqatlar Mərkəzinin yaydığı məlumatda deyilir.

Məlumatda həmçinin, bildirilir ki, əhali arasında “Azərbaycanı ictimai sabitlik baxımından necə bir dövlət kimi xarakterizə edərdiniz?” başlıqlı sorğu keçirilib. 

Sorğuda iştirak edənlərin mühüm hissəsi - 66,2 faizi Azərbaycanı sabit və təhlükəsiz ölkə olaraq xarakterizə edib. Cəmi 3,4 faiz respondent sözügedən istiqamətdə suala cavabında “qeyri-sabitlikdir və təhlükəlidir” variantını qeyd edib.
Respondentlərin 28,4 faizi Azərbaycanı ictimai sabitlik və təhlükəsizlik prizmasından dəyərləndirməklə yanaşı, kənar təhlükə risklərini də istisna etməyiblər. Cüzi hissə (2,1 faiz) bu suala cavab verməkdə çətinlik çəkib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin