Qaxdan ŞİKAYƏT – Sovet İttifaqı Qəhrəmanının doğulduğu kəndin yolu niyə təmir olunmur? – FOTO  

Hazırda oxunan: Qaxdan ŞİKAYƏT – Sovet İttifaqı Qəhrəmanının doğulduğu kəndin yolu niyə təmir olunmur? – FOTO  

130336

Qaxın Baydarlı yaşayış məntəqəsi Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun üzərində yerləşir. Magistraldan kəndin mərkəzinə olan məsafə cəmi 2 km-dır. Yolun təmirsiz olması səbəbindən sakinlər müxtəlif cür problemlərlə üzləşməli olurlar. 

Baydarlı kəndi həm də Sovet İttifaqı Qəhrəmanı Məmmədəli Məmmədovun anadan olduğu kənd kimi məşhurdur. 

Kəndin sabiq bələdiyyə sədri Loğman Süleymanov deyir ki, bir neçə il əvvəl kəndin yolu təmir olunub. Amma sonradan yolun asfalt örtüyü qazılıb:

“2010-cu ilə qədər bələdiyyə sədri işləmişəm. Həmən dövrdə yol asfalt idi. Bu yolu iki dəfə 50-60 ton asfaltala təmir etdirmişdim. Bir neçə ildən sonra yolları traktorla qazdılar. Asfaltın yerinə yola doğranmış çınqıl və qum tökdülər. Əslində hər il 10-15 ton asfalt olsaydı bu gün sakinlər belə əziyyət çəkməzdilər”.  

Kənd sakini Azər Məcidov deyir ki, yağışlı havada Baydarlı kəndinin yolu daha bərbad olur:

“Yağış yağanda uşaqlar məktəbə böyük çətinliklərlə gedib gəlirlər. Avtomobillər xarab olur. Neçə ildir yolları təmir edən yoxdur”. 

Kənd sakini Hacıməmməd Məmmədov deyir ki, kəndin bələdiyyəsi rayon rəhbərliyinin verdiyi tapşırığı icra etmir: 

“Kəndin məktəbi yolun sonunda yerləşir. Yağışda, qarda körpə uşaqlar, müəllimlərin çoxu bu gölməçələrdən keçə bilmir”. 

Məsələ ilə əlaqədar kənd bələdiyyəsi və icra nümayəndəliyindən  Bizm.Media-ya bildirilib ki, kənd yolunda yaranmış problem onların da ən başlıca qayğılarından biridir. “Məsələnin həlli üçün iş aparılır. Yaxın vaxtlarda yola çınqıl töküləcək. Eyni zamanda kənd yolunun asfaltlanması da gündəmdədir”.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin