Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə qumbaraatan silahını əldə edib saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsinə görə məhkumluq həyatı yaşamış Ramil Vəliyev tutulub. Onun yaşadığı ünvandan "RPQ" markalı qumbaraatan silahı aşkar edilərək götürülüb.
Dindirilmə zamanı o, bir müddət əvvəl həmin silahı tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini deyib. Silahı 3300 manata satmaq məqsədi ilə özündə saxlayaraq təhvil vermədiyini etiraf edib.
Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:54 / 12.04.2023
3300 manata qumbaraatan satmaq istəyən şəxs saxlanıldı - FOTO
Hazırda oxunan: 3300 manata qumbaraatan satmaq istəyən şəxs saxlanıldı - FOTO
Hazırda oxunan: 3300 manata qumbaraatan satmaq istəyən şəxs saxlanıldı - FOTO
130331
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.