Tanınmış hüquqşunasdan Müdafiə Nazirliyinə vacib təklif...

Hazırda oxunan: Tanınmış hüquqşunasdan Müdafiə Nazirliyinə vacib təklif...

130307
"Müdafiə Nazirliyinin mətbuat xidmətinin fəaliyyətini yüksək qiymətləndirirəm. Xəbərlərin rəsmi səhifələrində (//www.mod.gov.az) 3 dildə yenilənməsi müsbət haldır. Bununla bərabər, mətbuat xidmətindən xahiş edirəm ki, qurumun təcili olaraq rəsmi Facebook səhifəsini yaratsınlar. Bununla sosial şəbəkələrdə ilk mənbədən olan məlumatların vətəndaşlarımız arasında daha sürətlə yayılmasına nail olaraq yayılan bəzi yalnış xəbərlərin qarşısını ala bilərlər.

xa0Bundan əlavə, bildiyim qədər Facebook səhifəsinin təhlükəsizlik təminatı İnternet səhifəsindən daha üstündür. Bu praktika dünya dövlətlərində var və olduqca effektivdir. Yox, əgər belə bir səhifə artıq mövcuddursa, qısa zamanda səhifənin rəsmi olaraq Facebook tərəfindən tanınmasına nail olmalı (verified page) və bununla bağlı mətbuatda məlumat vermələrini vacib sayıram. Əminəm ki, Müdafiə Nazirliyinin Rəsmi Facebook səhifəsi yaradılsa böyük səhifələrin köməkliyi ilə oraya qısa zamanda böyük oxucu kütləsi də cəlb etmək olar. Gücümüz birliyimizdədir! "🇦🇿

Aslan İsmayılov, tanınmış hüquqşunas
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin