“Hərbi çevriliş Ermənistanı Avropa Şurasından çıxardacaq...”  – İlqar Məmmədovdan VİDEOAÇIQLAMA

Hazırda oxunan: “Hərbi çevriliş Ermənistanı Avropa Şurasından çıxardacaq...”  – İlqar Məmmədovdan VİDEOAÇIQLAMA

13030

“Ermənistanın faktiki mövcud olan ordusunu da Qarabağ klanı qurub. Əgər Ermənistanda kütləvi narazılıq baş verərsə, ordu və təhlükəsizlik qüvvələri bunu bəhanə kimi istifadə edib, İrəvanda hökuməti devirə bilər”

Bizim.Media xəbər verir ki, bu sözləri İlqar Məmmədov bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

İlqar Məmmədovla Qarabağ və ölkədə cərəyan edən siyasi proseslərlə bağlı Bizim.Media-ya özəl VİDEO-MÜSAHİBƏ


Özünün “Facebook” səhifəsində bölüşdüyü videoda REAL partiyasının sədri vurğulayıb ki, bu yolla Qarabağ klanı hakimiyyətə gətirilə bilər. 

“Yaxud elə bir dəyişiklik edə bilərlər ki, Ermənistan siyasətində anti-Qarabağ düşüncələri aparıcı rol oynamaz” deyən, İlqar Məmmədov əlavə edib ki, hərbi çevriliş baş tutarsa, Azərbaycan Avropa Şurasına təqdimat göndərməlidir.

Çünki bununla Bakı İrəvanın Avropa Şurasına üzvlüyünü dayandıra bilər. 

Qeyd edək ki, vaxtı ilə Yunanıstanda hərbi çevriliş olanda Avropa Şurası Afinaya qarşı bəhs etdiyimiz addımı atıb. 

İlqar Məmmədovun Ermənistanda baş verənlərlə bağlı fikirlərini təqdim edirik:

Bizim.Media 
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin