Quru sərhədlər mayın 1-də açılacaq? – AÇIQLAMA 

Hazırda oxunan: Quru sərhədlər mayın 1-də açılacaq? – AÇIQLAMA 

130290

Dünya dövlətləri artıq COVİD-19-la bağlı bütün qadağaları aradan qaldırmağa başlayıb. O cümlədən, ABŞ Prezidenti Cozef Bayden 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən fövqəladə vəziyyəti ləğv edib. ABŞ-da fövqəladə vəziyyət rejimi 31 yanvar 2020-ci ildə tətbiq edilib və 2023-cü ilin aprelin 11-də başa çatıb. Əvvəlcə hökumət fövqəladə vəziyyəti daha bir ay uzatmaq istəsə də, ABŞ Konqresi fövqəladə vəziyyətə dərhal son qoyulması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Bu isə onu göstərir ki, pandemiya ilə bağlı karantin qaydalarına bir çox dövlətlər lüzum görmür. Lakin, bəzi dövlətlər bu məsələdə Ümumdünya Səhiyyə Təşkilatından son söz gözləyir. ÜST isə karantin qaydalarının ləğv edilməsi ilə bağlı “tövsiyə verməyə” tələsmir. Çünki, pandemiyanın uzanması ÜST-ün korporativ maraqlarına uyğundur. Ona görə də, yaxın günlərdə çoxsaylı dövlətlərin karantin qaydalarının müstəqil şəkildə ləğv edəcəyi gözlənilir.

Bəs, Azərbaycanda karantin qaydalarının uzadılmasına ehtiyac varmı?

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Millət vəkili Vahid Əhmədov bildirib ki, pandemiya artıq öz ömrünü başa vurub:
 

MÖVZU İLƏ BAĞLI:

Mayın 1-dən quru sərhədlər AÇILIR? – Rəşad Mahmudovdan ŞAD XƏBƏR


“Ciddi yoluxmalar və ölüm halları yoxdur. Bu vaxtadək aparılan profilaktik tədbirlər artıq öz bəhrəsini verib. Yoluxma 1-2 rəqəmlə ifadə olunur. Yoluxanlar da xəstəliyi çox yüngül keçirir. Ona görə də Azərbaycanda karantin rejiminin ləğv edilməsinin vaxtı çatıb. Ölkəmizin quru sərhədləri açılmalıdır. Əhali bundan çox əziyyət çəkir. Ümid edirəm ki, Operativ Qərargah məsələyə baxacaq və mayın 1-dən karantin rejimi ləğv olunacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin