Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafa rayonundandır. 
Bizim.Media xəbər verir ki, Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğludur.
 
MÖVZU İLƏ BAĞLI:
Ermənistandan növbəti təxribat - Şəhid və yaralımız var
O, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olub. 
Qeyd edək ki, E.Həsənov bir neçə ay öncə ailə həyatı qurub. 
Allah rəhmət eləsin!

Bizim.Media

























































































