Millət vəkili Aydın Mirzəzadə yaşlı qadınların Bakı küçələrini qardan təmizləməsinə etiraz edib.
Bizim.Media xəbər verir ki, bu barədə deputat “Facebook” hesabında fikir bildirib. Onun sözlərinə görə ağır hava şəraitində alternativ variantlar tapılmalıdır:
MÖVZU İLƏ BAĞLI:
31 Dekabrın şərəfli bir tarixi var - AYDIN MİRZƏZADƏ
“Dünən möhkəm qar yağmasından sonra yaşlı qadınların Bakı küçələrini qar və buzdan təmizləməsi məndə də narazılıq yaratdı. Bəlkə də küçə təmizləmək dalandar kimi onların vəzifəsidir.
Ancaq ağır hava şəraitində küçə təmizləməsi üçün başqa variantlar tapılmalı, qadınları bu vəziyyətdən xilas etmək lazım idi”, deyə deputat əlavə edib.
Alçina Amilqızı, Bizim.Media