Prokurorluğa işə qəbulla bağlı müsabiqə ELAN EDİLDİ - ŞƏRTLƏR 

Hazırda oxunan: Prokurorluğa işə qəbulla bağlı müsabiqə ELAN EDİLDİ - ŞƏRTLƏR 

130207

Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edir. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Bildirilib ki, müasir Azərbaycan dövlətinin memarı Ümummilli lider Heydər Əliyevin zamanı qabaqlayan milli dövlətçilik ideya və düşüncələrinə əsaslanan siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmış, gənclərin bütün sferalarda fəal iştirakına geniş imkanlar yaradılmışdır.

Respublikamızda gənclərə hərtərəfli diqqət və qayğının göstərilməsi, onların potensialından daha geniş istifadə edilməsi, dövlət idarəetməsində yaxından iştirak etməsi təmin edilməklə, uğurla həyata keçirilən dövlət gənclər siyasətinə əsasən prokurorluq orqanlarında gənc mütəxəssislərin qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir. 
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilmiş 24 müsabiqənin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 88.9 faizini təşkil edir.

Müsbət haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır. 

Qeyd edilən tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 50 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir. 
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir.

Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcək. 

Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. 

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluğa işə qəbul edilmirlər: 

- ikili vətəndaşlığı olan şəxslər; 

- digər dövlətlər qarşısında öhdəlikləri olanlar; 

- din xadimləri; 

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər; 

- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda); 

- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər; 

- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər; 

- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar. 

Hazırdakoronavirus epidemiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur və bu məqsədlə sənədlərin qəbulu üçün prosedurlar tam sadələşdirilib. 
Belə ki, müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər 12 aprel 2023-cü il tarixdən etibarən müvafiq ərizə və sənədlərin “PDF” faylı formasında skan edilərək Baş formasında skan edilərək Baş Prokurorluğun [email protected] ünvanına elektron formatda göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin