Abidələrə qanunsuz müdaxilələrlə bağlı monitorinq APARILIR

Hazırda oxunan: Abidələrə qanunsuz müdaxilələrlə bağlı monitorinq APARILIR

130191

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərində yerləşən tarix-memarlıq abidələrinin mühafizəsinin gücləndirilməsi, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə monitorinq aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Xidmətinin məlumatında bildirilir.

Məlumatda bildirilir ki, həmçinin bir müddət öncə paytaxtda yerləşən tarix-mədəniyyət abidələrinə vurulan məlumat lövhələri də monitorinq edilir.

"Aparılan monitorinqlər nəticəsində bəzi tarix-mədəniyyət abidələrinə vurulan məlumat lövhələrinin vurulma texnikası, orada yer alan məlumatlarla bağlı qeyri-dəqiq faktlar aşkar olunub, habelə bəzi abidələrin mühafizəsinin düzgün qurulmadığı müəyyən edilib.
Hazırda qeyd olunanları nəzərə almaqla məlumat lövhələrində yer alan informasiyaların təhlil edilərək dəqiqləşdirilməsi, əlavə məlumatların daxil edilməsi və yenilənməsi üçün tədbirlər görülür, həmçinin mühafizə işinin gücləndirilməsi istiqamətində addımlar atılır.

Bildiririk ki, abidələrin üzərindən məlumat lövhələrinin çıxardılması binanın abidə statusunun itirilməsi deyil, bu lövhələrdə aşkar edilmiş nöqsanlarla bağlıdır. Bu lövhələr araşdırmalar bitdikdən sonra yeniləri ilə əvəzlənəcəkdir.

Ölkəmizin tarixi simasının qorunmasına, tarixi abidələrin mühafizəsinə töhfə vermək istəyən hər bir şəxsi, mütəxəssisləri, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələrini Dövlət Xidməti ilə sıx əməkdaşlıq etməyə dəvət edir və abidələrin qorunması ilə əlaqədar 147 qaynar xətti ilə əlaqə saxlayaraq məlumat verilməsi xahiş olunur.
Vətəndaşlarımızı bir daha tarix-mədəniyyət abidələrimizin qorunmasına, gələcək nəsillərə tam şəkildə çatdırılmasına dəstək göstərməyə, abidələrin mühafizəsi işində fəal iştiraka çağırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin