Dövlət Xidmətindən çörəyin pərakəndə satış qiyməti ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Dövlət Xidmətindən çörəyin pərakəndə satış qiyməti ilə bağlı AÇIQLAMA

13019

Son günlər bəzi KİV-də çörəyin pərakəndə satış qiymətinin artması barədə məlumatlar yayılır.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Bir maşınımız qəzaya uğrayıb, amma çörəklə bağlı heç bir problem yoxdur – Zavod direktoru


Dövlət Xidməti bildirir ki, çörəyin pərakəndə satışı bazarında, həmçinin əhali tərəfindən daha çox istehlak edilən “dairəvi zavod çörəyi”nin satışı zamanı sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə mütəmadi monitorinqlər aparılır.

Monitorinqlər zamanı çörəyin pərakəndə satış qiymətində heç bir artım qeydə alınmayıb.

Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin