Bişkekdən dünya birliyinə ÇAĞIRIŞ: Xocalı soyqırımına obyektiv qiymət verin!

Hazırda oxunan: Bişkekdən dünya birliyinə ÇAĞIRIŞ: Xocalı soyqırımına obyektiv qiymət verin!

13016

Qırğızıstanda fəaliyyət göstərən "Azəri" İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, Bişkek şəhərindəki Qırğızıstan Xalqları Məclisinin binasında baş tutan tədbirdə Azərbaycan ziyalıları, diaspor fəalları, ahıska türkləri, uyğur, əfqan, tacik mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak ediblər. 

 

MÖVZU İLƏ BAĞLI:

İtaliyada Xocalı soyqırımını pisləyən sənəd qəbul edildi


Mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqə sükutla yad edilməsilə başlayıb.

Tədbirdə çıxış edən "Azəri" İctimai Birliyinin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyi ilə Xocalı şəhərini işğal etdiyi və dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdiyi barədə müfəssəl məlumat verib.

Bu cinayətin birbaşa Qarabağın o zamankı xunta rejimini təmsil edən, sonradan Ermənistana rəhbərlik edən Robert Koçaryan, Serj Sarkisyan və digər yüksək vəzifəli hərbçilər, Zori Balayan, Silva Kaputikyan kimi faşist təfəkkürlü anti-insani qüvvələr tərəfindən həyata keçirildiyi nəzərə çatdırılıb.

Bildirilib ki, ABŞ-ın 22 ştatı da daxil olmaqla dünyanın bir sıra ölkəsi Xocalı faciəsini soyqırımı kimi rəsmən tanıyıb. 

Tədbirdə çıxış edən müxtəlif icma nümayəndələri erməni faşizmini hiddətlə pisləyiblər.

Onlar Qırğızıstanda akkreditə olunmuş xarici ölkə səfirliklərinə və yerli ictimaiyyətə müraciət edərək, XX əsrin sonunda baş vermiş bu qanlı qırğına obyektiv qiymət verilməsinə çağırıblar.

Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən fotosərgi nümayiş olunub, rus və qırğız dillərində hazırlanmış "Xocalı soyqırımı - əsrin faciəsi" kitab-albomu təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin