Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 4 minik 34 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.
Bundan əvvəl isə müxtəlif vaxtlada yolun hər iki istiqamətində 3 maşın toplanış yerindən maneəsiz keçib.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 67-yə çatıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 11.04.2023
Xankəndi-Laçın yolunda sülhməramlıların 67 avtomobili maneəsiz KEÇDİ
Hazırda oxunan: Xankəndi-Laçın yolunda sülhməramlıların 67 avtomobili maneəsiz KEÇDİ
Hazırda oxunan: Xankəndi-Laçın yolunda sülhməramlıların 67 avtomobili maneəsiz KEÇDİ
130158
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.