Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonu ərazisində keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonda yerləşən Xaçınçay su anbarına 40 min ədəd ağ belamur, çəki və digər balıq növləri buraxılıb.
Mərasimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Minatəmizləmə Agentliyi, Turizm Agentliyi və Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu