Qax sakini 65 yaşlı Seyfullah Feyzullayev bu ilin fevral ayında pensiya yaşına çatdığı üçün işdən azad edilib.
Bizim.Media xəbər verir ki, işlədiyi müddətdə fərqli yerlərdə, müxtəlif peşələr üzrə çalışıb.
Pensiyaçının dediyinə görə, onun pensiya kapitalında yığılan məbləğ işlədiyi bütün dövləri əhatə etmir.
Xəzər televiziyası məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxlayıb.
Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, Seyfullah Feyzullayevin 2006-cı yanvarın 1-dək olan 25 il sığorta stajına müvafiq 23 min 153 manat pensiya kapitalı toplanıb.
Qeyd olunan tarixdən 1 fevral 2023-cü ilədək isə fərdi hesabının sığorta hissəsində 17 min 767 manat pensiya kapitalı olub. Bu da ümumilikdə 40 min 921 manat pensiya kapitalı deməkdir. Həmin məbləğə uyğun olaraq da vətəndaşa elektron qaydada 284 manat məbləğində pensiya təyin olunub.
Rəşad Mehdili onu da qeyd edib ki, vətəndaş əmək stajının hesablanmasından narazıdırsa, müvafiq sənədləri təqdim etməklə pensiyasını yenidən hesablatdıra bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media