Əvvəlcə ZƏHƏRLƏDİ, ölmədiyini görüb BOĞDU – 1 yaşlı körpəsini qəddarlıqla öldürən qadını neçə il HƏBS gözləyir?

Hazırda oxunan: Əvvəlcə ZƏHƏRLƏDİ, ölmədiyini görüb BOĞDU – 1 yaşlı körpəsini qəddarlıqla öldürən qadını neçə il HƏBS gözləyir?

130122

Bakıda 1 yaşlı körpəsini zəhərləyəndən sonra boğaraq öldürən qadının cinayəti ictimaiyyətdə rezonans doğurub. Köməksiz vəziyyətdə olan körpəyə qarşı qəddarlıqla qətl törədən 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın ən ağır cəza ilə cəzalandırılması tələb edilir. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib. Məlum olub ki, Nərgiz Bağıyeva özünə daha çox vaxt ayırmaq üçün uşağını öldürmək qərarına gəlib.

O, azyaşlının yeməyinə zəhər qatıb və uşağın ölməsi üçün evdən çıxıb. Nərgiz Bağıyeva geri qayıdanda körpənin ağzından köpük gəldiyini, lakin ölmədiyini görüb. Bundan sonra uşağı boğaraq öldürüb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib. 

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında təcrübəsində belə bir qatı cinayətə rast gəlmədiyini bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Hamiləlik dövründə QİÇS-i necə müəyyən etmək olar? – AÇIQLAMA


“Amma ağır maddələrlə ittiham olunur və bu maddələr məhkəmə praktikasında tətbiq olunub. İndidən məhkəməni qabaqlamaq istəmirəm. Amma sözügedən maddələrlə qadını 18, maksimum 20 il həbs cəzası gözləyir.

Qətli törədən kişi olsaydı ona ömürlük həbs cəzası verilmə ehtimalı da ola bilərdir. Bilirsiz ki, qanuna görə qadınlara ömürlük həbs cəzası verilmir”. 

Vəkilin sözlərinə görə ümumiyyətlə uşağına qarşı deyil, digər şəxsə qarşı belə qəddar hərəkət psixi pozuntudan xəbər verir:

“Görünür, o qadının özü də narkotik aludəçisi olub. Çünki qeyri-adekvat hərəkətlər edib. Əslində bu məsələdə qadının yaşayış tərzi və ətrafın ona münasibəti də ictimai qınağa səbəb olmalıdır. Uşaq evində böyüyənlərin ola bilsin ki, 1-5 faizi kriminal aləmə düşür. Ancaq böyük hissəsi zəhmətkeş olur və çalışırlar ki, öz həyatlarını qursunlar.

Yəni uşaq evində böyümək, gələcəkdə mütləq kriminal aləmdə olacaq anlamına gəlmir. Qadın hansı mühitə düşübsə və kimlərlə oturub-durubsa onların təsiri olub. Çox güman ki, narkotik aludəçilərinin əhatəsinə düşüb və nəticə də bu, olub”, - deyə Əsabəli Mustafayev əlavə edib.  
Xatırladaq ki, Nərgiz Bağıyevanın ata-anası sağ olsa da, uşaq evində böyüdüyü məlum olub. 
Proses iyunun 12-də davam edəcək.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin