Şuşada işləmək üçün işçi axtarılır - YÜKSƏK MAAŞ

Hazırda oxunan: Şuşada işləmək üçün işçi axtarılır - YÜKSƏK MAAŞ

130114

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi beynəlxalq münasibətlər üzrə mütəxəssis axtarır. 

Bizim.Media xəbər verir ki, müraciət üçün son tarix 7 maydır. 

Vəzifəyə dair tələblər bunlardır:

Şuşa şəhər qeydiyyatı, 

Beynəlxalq münasibətlər, regionşünaslıq, dilşünaslıq, beynəlxalq hüquq ixtisaslar istiqamətləri, beynəlxalq iqtisadi münasibətlər, xarici dil (dilləri göstərməklə) ixtisasları üzrə ali təhsil, 

3 illik iş stajı.

Kompüter biliklərinə dair tələblər: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s.

Xarici dil biliklərinə dair tələblər: İngilis dili-əla, rus dili yaxşı. (digər dilləri bilən namizədlərə üstünlük verilir);

Vəzifə öhdəlikləri:

Qurumun fəaliyyət istiqamətləri üzrə beynəlxalq ikitərəfli müqavilələrin, o cümlədən saziş, anlaşma memorandumu, niyyət protokolu və s. hazırlanmasına nəzarət etmək, həmçinin, bu məqsədlə xaricdən gələn xarici ölkə nümayəndə heyətləri ilə danışıqlarda və müzakirələrdə iştirak etmək;
Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində quruma daxil olan və qurumdan göndərilən yazışmaların xarici dillərə tərcüməsini təşkil etmək;

Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurumun rəhbərlərinin (və onları müşayiət edən şəxslərin) xarici ölkə səfərlərini təşkil etmək və bununla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsində rəhbərliyə hesabat vermək;

Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində Qurumun əməkdaşlarının xarici ölkə səfərlərini təşkil etmək və səfərin nəticələrinə dair hesabatları struktur bölmələrindən tələb etmək;

Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurum tərəfindən dəvət edilən xarici ölkə nümayəndələrinin ölkə daxili səfərlərini təşkil etmək;

Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurum tərəfindən və ya onunla birgə keçirilən beynəlxalq tədbirlərin təşkilini əlaqələndirmək.

Əmək haqqı 1170 AZN-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin