Vəkillər Kollegiyasının sədri aralarında intriqa olan vəkillərə ÇAĞIRIŞ ETDİ

Hazırda oxunan: Vəkillər Kollegiyasının sədri aralarında intriqa olan vəkillərə ÇAĞIRIŞ ETDİ

130083

“Bir vəkilin digər bir həmkarını ictimai müzakirəyə çıxarması yaxşı hal deyil”.

Bizim.Media xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov yeni vəkillərin andiçmə mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hansısa məsələni, yaxud problemi müzakirəyə çıxaranda etik kodeksi gözləmək lazımdır: 

“Hesab edirəm ki, əgər problem varsa, biz bunu kollegiya daxilində və öz iclaslarımızda müzakirə edərək yoluna qoya bilərik”.

A.Bağırov vurğulayıb ki, vəkilin peşə nüfuzunu qazanması çox çətin məsələdir: 

“Bu baxımdan vəkilliyin gələcək reputasiyası hər birimizdən asılıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin