Rayona qonaq getdi, mənzilini ələ keçirdilər...

Hazırda oxunan: Rayona qonaq getdi, mənzilini ələ keçirdilər...

130070

Moderator.az-a Bakının Xətai rayon sakini Orxan Nuriyev tərəfindən şikayət məktubu daxil olub. 23 ildir ki, halal mənzilindən didərgin salındığını iddia edən O.Nuriyev, bunca müddət ərzində pozulan hüquqlarını təmin edə bilmədiyini qeyd edib:

“Əvvəlcədən qeyd edirəm ki, bu hakimiyyətdən heç nə istəmirəm. Tək istədiyim mənə qarşı yol verilən ədalətsizliyin aradan qalxmasıdır.

1984-cü ildən Nəqliyyat Nazirliyinin nəzdində olan dəmir-beton zavodunda ekskavatorçu işləmişəm. 1989-cu ildə vətəm xəstəliyinə tutulmuşam. 1991-ci ildə mənə bir otaqlı mənzil verilib. Order əsasında ailəmlə birlikdə pasport qeydiyyatına düşüb mənzilimizə yerləşmişik.

1992-ci il martın 18-də valideynlərimizə dəymək üçün rayona getmişik. Ayın 23-də isə qonşum tərəfindən ara divar uçurularaq qapı açılmış, mənzilimizə giriş qapısı isə kərpiclə hörülmüşdür.

Mən baş verən hadisə ilə bağlı Xətai Rayon Prokurorluğuna müraciət etdim. Məni bir il get-gələ salandan sonra məhkəməyə müraciət etmək üçün məktub verdilər.

Bundan sonra məhkəməyə müraciət etdim. 7 dəfə məhkəmə prosesi keçirildi. Hakimlərdən biri xəstə vətəndaşa verilmiş orderi qüvvədə saxladı, o biri hakim isə qonşuma Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ayrı-ayrı mənzillərin birləşdirilməsi ilə bağlı sərəncama istinad etdi. 553 nömrəli sərəncam qüvvədə saxlanıldı.

Göründüyü kimi, rüşvətxor məmurların qəzəbinə tuş gəlmişəm. 23 ildir ki, mənzilimdən didərginəm. Baş verən məlum hadisə mənim psixologiyamda da ciddi dəyişikliklərə səbəb olub. Mənə qarşı yol verilən ədalətsizlik yadıma düşəndə, qırmızı qalstuklu insan görəndə içimdə bu insanlara qarşı dəhşətli qəzəb hiss edirəm. Görün məmurlar məni nə günə qoyub ki, sadəcə mənzilimi deyil, əsəblərimi, təmkinimi də itirməli olmuşam. Yeganə istəyim mənə qarşı yol verilən bu ədalətsizliyin aradan qaldırılmasıdır. Hansı ki, 23 ildir ki, bu ədalətsizliyin qurbanıyam”x9d.


Əlaqə telefonu: (050) 560-62-86

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin