“Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin iclası KEÇİRİLDİ 

Hazırda oxunan: “Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin iclası KEÇİRİLDİ 

130049

Azərbaycan Velosiped Federasiyasında (AVF) iyunda təşkil olunacaq “Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə iclası keçirilib. 

AVF-dən Bizim.Media-ya verilən məlumata görə, toplantıya qurumun birinci vitse-prezidenti Sahib Ələkbərov başçılıq edib. 

Tədbirdə, həmçinin, federasiyanın vitse-prezidenti Fuad Hacıyev və Təşkilat Komitəsinin digər üzvləri iştirak ediblər. 

Toplantı zamanı “Əziz Şuşa” beynəlxalq velosiped yarışının təşkilati işləri müzakirə olunub. S. Ələkbərov komitə üzvlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib. 

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli velotur iyunun 7-dən 11-dək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin