Mən QARABAÄž müharibəsinin düyüşçüsü kimi əvvəlki fikirlərimi yenə də təkrarlayıram. Biz müharibəni yox, bir döyüşü uduzmuşuq. İndi həlledici döyüş qalıb ki, onu da səfərbər olub qələbə ilə başa vuracağıq. Bunun üçün hal - hazırda şərait yetişib.
Son iki günün döyüşü qonşu Rusiyanın açıq - aşkar erməniləri müdafiə etməsi bütün xalqımıza bəlli oldu. Torpaqlarımızı işğaldan azad etmək bizim şərəf işimizdir. Son günlər xalqımızın bütün təbəqələrinin, müxalifət partiyalarının bəyanatları monolit birliyimizin yaranmasından xəbər verir.
xa0 xa0
Mən əminliklə deyə bilərəm ki, ALİ BAŞ KOMANDAN səfərbərlik əmri verərsə ictimai həyatda tutduğu mövqedən asılı olmayaraq, dövlətimizi, xalqımızı sevən hər bir əli silah tuta bilən vətəndaş torpaqları işğaldan azad etməyə hazırdır.xa0
xa0 xa0
Düşmənlərimiz elə başa düşürlər ki, cəbhə bölgəsində təxribat törətməklə içimizdə olan əlaltıları vasitəsi ilə xalqı mövcud hakimiyyətə qarşı qaldıracaqlar və istədiklərinə nail olacaqlar. Lakin onların istədikləri elə ilk anda alt-üst oldu.
xa0 xa0
Cənab ALİ BAŞ KOMANDAN!
Biz QARABAÄž müharibəsinin bütün iştirakçıları dövlətimizin, xalqımızın işıqlı gələcəyi naminə bu ağır və həlledici anda Sizin ətrafınızdayıq. Verdiyiniz bütün əmrləri yerinə yetirməyə hazırıq. Heç bir xarici qüvvə bizim birliyimizi poza bilməz.
xa0 xa0
Bu tarixi bir məqamda torpaqlarımızı işğaldan azad etmək üçün bütün çətinliklərə hazırıq. Biz şanlı ordumuzu döyüş meydanında tək qoymayacağıq. Yaşaşın AZƏRBAYCAN! Yaşasın Azərbaycanlılar! Yaşasın TÜRK dünyası! AMİN!
Habil Şirinov,xa0
Birinci Qarabağ müharibəsinin veteranı,xa0
hərbi həkim, ehtiyyatda olan polkovnik-leytenant































































































