BDYPİ-dən paytaxtda avtoxuliqanlıq edən şəxslə bağlı AÇIQLAMA 

Hazırda oxunan: BDYPİ-dən paytaxtda avtoxuliqanlıq edən şəxslə bağlı AÇIQLAMA 

130005

“Sürücülük vəsiqəsi veriləndə tibbi arayış alınır. Amma insanın hansısa ağır xəstəliyə tutulması üçün bir ay belə bəs edir”. 

Bizim.Media xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında sosial şəbəkədə ötən gün Bakıda yolun əks istiqamətində maşın sürən, polisin saxla əmrinə tabe olmayan sürücü 20 yaşlı Rauf Cabbarbəylinin sürücülük vəsiqəsi ilə bağlı aparılan müzakirələrə aydınlıq gətirərkən deyib. 

O bildirib ki, xəstəliyi olan heç bir şəxs sürücülük hüququ əldə edə bilməz:

“Bəzi vətəndaşlar yazırdı ki, şəxs narkomandır. Bir qrup insan yazırdı ki, o necə sürücülük vəsiqəsi alıb və s. Amma qeyd edim ki, həmin şəxs sürücülük vəsiqəsi alan zaman heç bir pis vərdişi olmayıb, ona sağlamlıq haqqında tibbi arayış verilib. Sürücülük hüququ 10 il ərzində verilir. Bu 10 il ərzində o insan xəstəlik tuta bilər, narkotik maddə istifadəçisinə çevrilə bilər və s. digər bir çox hadisələr baş verə bilər. Bunu birmənalı sürücülük vəsiqəsinə bağlamaq düzgün deyil”. 

R.Tağıyev onu da əlavə edib ki, biz müşahidə edirik ki, avtoxuliqanlıq edən şəxslərin 90 faizinin sürücülük hüququ yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin