Bu ilin yanvar-mart aylarında Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə 12 dövlətdən gələn turist tanış olub.
Bu barədə Bizim.Media-nın yerli bürosuna qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Direktorun sözlərinə görə, ilin əvvəlindən bu tarixi məkana ümumilikdə 302 nəfər yerli və xarici turist səfər edib. Ziyarətçilərin 207 nəfəri yerli, 95 nəfər isə xarici turistdir.
Zahir Kərimov bildirib ki, əcnəbi turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, Danimarka, Böyük Britaniya, Polşa, Çexiya, Avstriya, Belçika, ABŞ, Çin, Yaponiya və digər ölkələrdən gələnlər üstünlük təşkil edib.
Qoruğu ziyarət edənlərə ərazidə aparılmış arxeoloji qazıntılar, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və maliyyə dəstəyi ilə ərazidə görülən işlər, tarixi tapıntılar, həmçinin Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:29 / 10.04.2023
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu 3 ay ərzində 12 ölkədən gələn turist ZİYARƏT EDİB - FOTO
Hazırda oxunan: Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu 3 ay ərzində 12 ölkədən gələn turist ZİYARƏT EDİB - FOTO
Hazırda oxunan: Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu 3 ay ərzində 12 ölkədən gələn turist ZİYARƏT EDİB - FOTO
129999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.