Xəzər dənizində dalğanın hündürlüyü azalıb

Hazırda oxunan: Xəzər dənizində dalğanın hündürlüyü azalıb

12999

Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 10:00-a verdiyi məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, şimal-qərb küləyi tədricən saniyədə 10-14 metrədək mülayimləşib.

Xidmətdən Bizim.Media-ya bildiriblər ki, Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.5 metrədək azalıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 48, Qubada 20, Altıağacda 19, İsmayıllı, Lerikdə 18, Daşkəsəndə 16, Şirvan, Ağsu, Qəbələ, Qobustanda 14, Oğuz, Xaltanda 13, Lənkəran, Qrız, Göygöldə 12, Astarada 11, Kişçay (Şəki), Gədəbəydə 9, Tərtərdə 8, Zərdab, Bərdədə 7, Göyçay, Qusar, Gəncə, Yardımlıda 5, Göytəpə, Zaqatala, İmişli, Ağdamda 4, Mingəçevirdə 3, Ağstafa, Şəki, Naftalan, Şəmkir, Ceyrançöldə 2, Kürdəmir, Tovuzda 1, Bakıda 17, Maştağa, Pirallahıda 3 santimetr olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin