“Ölkədə hidrometeoroloji məlumatların ödənişli olması elmi müəssisələrdə, o cümlədən Coğrafiya İnstitutunda çalışan alim və tədqiqatçıların, doktorantların hidrometeorologiya, iqlim, ətraf mühitin monitorinqi ilə bağlı məlumatların əldə edilməsində böyük maneə yaradır. Halbuki Avropanın məlumatlar bazası hər bir tədqiqatçı mütəxəssis üçün açıqdır və elmin inkişafına xidmət edir”.
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov Azərbaycanda Su Ehtiyatlarının İnteqrasiyalı İdarəçıliyi üzrə Milli Siyasi Dialoqun İdarəetmə Komitəsinin 10-cu iclasında çıxışı zamanı deyib.
R.Mahmudov Azərbaycanda su çatışmazlığı, sudan istifadə ilə əlaqədar problemlərdən danışıb, məsələnin kəskin hal aldığını diqqətə çatdırıb.
Qonşu ölkələrlə müqayisədə Azərbaycanın az su təminatlı ölkələr sırasında olduğunu vurğulayan alim ölkədə suya olan tələbatın artması, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri və bununla əlaqədar gələcəkdə Azərbaycanın su ehtiyatında yarana biləcək daha böyük problemlər barədə proqnoz xarakterli fikirlər söyləyib.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:31 / 10.04.2023
Azərbaycanda hidrometereoloji məlumatların ödənişli olması problemdir - AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda hidrometereoloji məlumatların ödənişli olması problemdir - AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda hidrometereoloji məlumatların ödənişli olması problemdir - AÇIQLAMA
129978
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.