2018-ci ilin bu günündə Azərbaycanda sonuncu Prezident seçkiləri keçirilib. Aprelin 11-də keçirilən növbədənkənar Prezident seçkilərinə 8 namizəd qatılıb. . Seçkilərdə İlham Əliyev seçicilərin ümumi səsinin 86,02 faizini alaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Bəs, 11 apreldə dünyada daha hansı hadisələr baş verib?
1. 11 aprel bütün dünyada Faşist Əsirliyindən Azad Edilənlərin Günü kimi qeyd edilir. Rəsmi məlumata görə, İkinci Dünya Müharibəsi dövründə faşist düşərgələrində 18 milyon məhbusun 11 milyonu həlak olub.
2. 11 aprel 1905-ci ildə Albert Eynşteyn zaman, məkan və hərəkətin bir-birinə bağlı izafi hadisələr olduğunu ehtiva edən nisbilik nəzəriyyəsini açıqlayıb.
3. 1907-ci ilin bu günü Həştərxanda Azərbaycan dilində “Həmiyyət” adlı həftəlik ictimai-siyasi qəzetin ilk nömrəsi çıxıb. Qəzetdə Azərbaycan xalqı və Volqaboyu müsəlmanların həyatından bəhs edən yazılar dərc edilirdi.
4. Sosial ədalət və ictimai sülhü təmin etmək məqsədilə 1919-cu ilin 11 aprelində Beynəlxalq Əmək Təşkilatı yaradılıb.
5. 1920-ci il 16 martda İstanbulun işğalı ilə fəaliyyəti sona çatmış Osmanlı Məclisi Sultan Vəhdəddin tərəfindən 11 apreldə rəsmən bağlanıldı. Bu qərardan sonra Mustafa Kamal Paşa Nümayəndələr Komitəsinin sədri olaraq təyin edildiyi Qapalı Məclisi Ankaraya köçürdü.
6. Türkiyədə qadınlara bələdiyyə seçkilərində seçmək və seçilmək hüququ verildikdən sonra 11 aprel 1930-cu ildə Türkiyə Qadınlar Birliyi Sultan Əhməd meydanında “Böyük qadın mitinqi" keçirərək qazandıqları haqq münasibətilə bütün qadınları təbrik etdi.
7. “Apollo 13” "İnsanlı Ay" missiyası üçün 1970-ci ilin 11 aprelində ABŞ-dan kosmosa buraxıldı. Uçmasından 2 gün sonra kosmik gəmi nasazlıq səbəbindən qəzaya uğradı: missiya uğursuzluğa düçar oldu. Ancaq “Apollo 13”də üç astronavt dövrün ən böyük kosmik xilasetmə əməliyyatı ilə Yer kürəsinə geri gətirildi. Bu hadisə kosmos tarixinə "uğursuz uğur" olaraq düşdü.
8. 11 aprel 1997-ci ildə Beynəlxalq Atatürk Sülh Mükafatının Bosniyada xidmət edən Türkiyə Sülh Ordusuna verilməsi qərara alındı.
9. 1919-cu ilin bu günündə BMT-nin ixtisaslaşmış qurumu - Beynəlxalq Əmək Təşkilatı yaradılıb. Sosial-iqtisadi, əmək hüquqlarını müdafiə edən bu beynəlxalq təşkilat Birinci Dünya müharibəsindən sonra Versal müqaviləsi əsasında təsis edilib. Mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.
10. 11 aprel həm də Ümumdünya Parkinsonla mübarizə günüdür. Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxildir. Mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir. Bu xəstəliyə daha çox 65 yaşdan yuxarı insanlarda rast gəlinir.
11 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1. Azərbaycan teatr və kino aktyoru, SSRİ və Azərbaycan SSR-nin xalq artisti İsmayıl Osmanlı 11 aprel 1902-ci ildə anadan olub.
2. Görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya üzrə akademik Musa Əliyev 1908-ci ilin bu günü anadan olub.
3. 1911-ci ildə 32 gecədə 43 yarışa girərək dünya çempionu adını qazanan məşhur Türkiyə güləşçisi Kurtdereli Mehmet Pehlivan 1939-cu ilin 11 aprelində vəfat edib.
4. Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayev 11 aprel 1992-ci idlə Füzuli istiqamətində gedən döyüşlərdə həlak olub.
5. Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Fərzəliyev 11 aprel 1992-ci ildə Birinci Qarabağ müharibəsində şəhid olub.
6. Azərbaycanın Milli Qəhrəmanı Yevgeni Karlov 11 aprel 1992-ci ildə Qarabağda gedən qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
7. Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilov 1992-ci ilin bu günündə şəhid olub.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 11.04.2023
BİZİM TƏQVİM: 11 aprel Faşist Əsirliyindən Azad Edilənlərin Günüdür
Hazırda oxunan: BİZİM TƏQVİM: 11 aprel Faşist Əsirliyindən Azad Edilənlərin Günüdür
Hazırda oxunan: BİZİM TƏQVİM: 11 aprel Faşist Əsirliyindən Azad Edilənlərin Günüdür
129977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.