Qardaşı ilə sevgilisini şantaj etdi - Film kimi olayın DETALLARI 

Hazırda oxunan: Qardaşı ilə sevgilisini şantaj etdi - Film kimi olayın DETALLARI 

129976

Aprelin 8-də Abşeron rayonunda şantajla üzləşdiyini bildirən şəxs polisə müraciət edib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Masazır qəsəbə sakini, 46 yaşlı Y.A.Abşeron RPİ-yə müraciət edərək qeyri-rəsmi nikahda yaşadığı qadının və qardaşının ona hədə-qorxu gəldiyini iddia edib.

Şikayətçinin sözlərinə görə, sevgi münasibətində olduğu qadın qardaşı ilə birləşərək onu görüntüləri ilə şantaj edib. Həmin şəxslər ona görüntülərini sosial şəbəkələrdə yayacaqlarını bildiriblər və qadına məxsus evin təmirinə 4 min manatdan çox pul xərclədiblər.
Y.A. hədələrin davam etdiyini bildirib və polisin həmin şəxsləri məsuliyyətə cəlb etməsini xahiş edib.

Müraciətlə bağlı Abşeron RPİ-də araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin