Əli Həsənov Baş redaktoru məhkəmə ilə hədələdi - AÇIQLAMA

Hazırda oxunan: Əli Həsənov Baş redaktoru məhkəmə ilə hədələdi - AÇIQLAMA

129959

Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənlini hədələyərək, məhkəməyə verəcəyini bildirib. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı Əli Həsənov saytın baş redaktoru Vasif Həsənli ilə əlaqə saxlayaraq, oğlu Şamxal Həsənli ilə bərabər baş redaktoru və saytı məhkəməyə verəcəyi barədə xəbərdarlıq edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun oğlu medianın pulunu qumarda uduzdu — Şamxal Həsənlinin Las-Veqas macəraları... - FOTO


Baş redaktor V. Həsənli isə Əli Həsənova cavabında bildirib ki, Azərbaycanda hər kəsin məhkəməyə müraciət etmək hüququ var:

"Əli Həsənova bildirdim ki, məhkəməyə müraciət etmək sizin müstəsna hüququnuzdur, buyurun verin. Fürsətdən istifadə edib, ona xatırlatdım ki, vaxtilə vəzifədə olduğu zamanlar mənə və ailəmə qarşı bütün təzyiqlərdən və qanunsuzluqlardan istifadə etmisiniz. Oğlu Şamxal Həsənli və qaynı Cəbrayıl Vəliyev başda olmaqla məni və ailəmi təhdid ediblər. Bildirdim ki, Əli Həsənov, şəxsən sizə dəfələrlə oğlunuzun və qaynınızın qanunsuz əməlləri barədə müraciət etsəm də, qarşısının alınması üçün tədbir görməmisiniz. Könül istərdi ki, Əli Həsənov vəzifə başında olarkən də qanunun qədrini bilərdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin