Türkiyənin Baş konsulu “Naxçıvan” Universitetinin tələbələri ilə GÖRÜŞDÜ – FOTO  

Hazırda oxunan: Türkiyənin Baş konsulu “Naxçıvan” Universitetinin tələbələri ilə GÖRÜŞDÜ – FOTO  

129863

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya “Naxçıvan” Universitetində olub. 

Bizim.Media xəbər verir ki, Baş konsul ilk öncə universitetlə tanış olub. 

Tanışlıq çərçivəsində Asip Kaya ilə STEAM komandasının, eyni zamanda “Naxçıvan” Universitetində təhsil alan türkiyəli tələbələrin görüşü də baş tutub. Konsul universitetin konfrans zalında tələbələr tərəfindən hazırlanan şeir və musiqi nömrələrini izləyib, tələbələrin sual və təkliflərini dinləyib.

Rəhbərliklə görüşdə həyata keçirilməsi nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparılıb.

“Naxçıvan” Universitetinin rektoru, dos. Anar Kazımov əvvəlcə rəsmi qonağı salamlayaraq, yeni təyinatı münasibətilə Asip Kayanı təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. 
Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan A.Kazımov bildirib ki, bu iki dövlət dünyada qardaş ölkələr kimi tanınır: “Biz buna həm 44 günlük Vətən müharibəsində, həm də Türkiyədə baş verən “Əsrin fəlakəti” adlanan zəlzələ zamanı şahid olduq”. 

Rektor, həmçinin qardaş ölkədə baş verən zəlzələ nəticəsində həlak olanlara başsağlığı verib, yaralılara şəfa diləyib.

 Ali təhsil ocağının mövcud ixtisasları, kadr potensialı haqda məlumat verilib. Qeyd edilib ki, “Naxçıvan” Universitetinin beynəlxalq əməkdaşlığında Türkiyə universitetlərinin xüsusi yeri və rolu var. Belə ki, ali təhsil ocağı beynəlxalq əlaqələr sahəsində qardaş ölkənin 20-dən çox universiteti ilə sıx əməkdaşlığa malikdir.

Bildirilib ki, “Naxçıvan” Universitetində təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyətini türkiyəli tələbələr təşkil edir.  

Baş konsul Asip Kaya diplomatik fəaliyyəti barədə məlumat verib. Muxtar respublikaya təyinatından məmnunluq duyduğunu bildirən qonaq humanitar, iqtisadi və elm sahəsində mümkün əməkdaşlıqlardan söz açıb. İki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd edib. 

Qonaq söyləyib ki, Naxçıvanın mühüm geosiyasi mövqeyi, yaxın zamanda Zəngəzur dəhlizinin açılması ilə bölgənin daşıyacağı strateji önəm mədəni fikir mübadiləsinin vacibliyini şərtləndirən amil olmaqla bərabər, hər iki ölkə arasında ortaqlığın elm sahəsində də davamını labüd edir.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin