Bakıda 191 marşrut avtobusu GECİKİR

Hazırda oxunan: Bakıda 191 marşrut avtobusu GECİKİR

129841

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 62 müntəzəm marşrut xətti üzrə 191 avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Bizim.Media-ya bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir.

1.Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-26 dəqiqə gecikmə var.

2.Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-24 dəqiqə gecikmə müşahidə olunur.

3.3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-22 dəqiqə gecikmə qeydə alınır.

4.Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-25 dəqiqə gecikmə müşahidə olunur.

5.Akademik Həsən Əliyev küçəsi - hər iki istiqamətdə 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-21 dəqiqə gecikmə var.

6.Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 15-24 dəqiqə gecikmə müşahidə olunur.

7.Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-22 dəqiqə gecikmə var.

8.Xocalı prospekti - Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 18-26 dəqiqəyə gecikmə müşahidə olunur.

9.Binəqədi şosesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-24 dəqiqə gecikmə qeydə alınır.

10.Dilarə Əliyeva küçəsi hər iki istiqamətdə 1, 2, 14, 21, 30, 32, 49 və 88A nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-20 dəqiqə gecikmə müşahidə olunur.

11.Abdulla Şaiq küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə var.

12.Kövkəb Səfərəliyeva küçəsi və Puşkin küçəsi Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməyə qədər olan hissəsində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 88 və 175, nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 16-23 dəqiqə gecikmə müşahidə olunur.
13.Badamdar şosesi, Mikayıl Müşfiq küçəsi Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-22 dəqiqə gecikmə var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin