Oğuzun dağ çaylarında ekoloji monitorinqlər aparıldı - FOTO

Hazırda oxunan: Oğuzun dağ çaylarında ekoloji monitorinqlər aparıldı - FOTO

129786

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji Coğrafiya və Landşaftşünaslıq şöbələrinin əməkdaşları mənbəyini Böyük Qafqazdan götürən və Oğuz ərazisindən keçən 6 çayda son vəziyyəti araşdırıb.

Regional elmi mərkəzin Ekoloji Coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov Bizim.Media-nın yerli bürosu ilə söhbətində bildirb ki, monitorinqlər Yaqublu, Bucaq, Muxas, Baş Daşağıl kəndlərinin və Daşağıl çayının ətraf ərazilərində aparılıb.

Şöbə rəhbərinin sözlərinə görə, monitorinq zamanı Daşağıl çayında sellərin səviyyəsi öyrənilib.

Həmçinin çaylarda son illərdə baş verən qlobal iqlim dəyişkənliyinin təbii və antropogen ekosistemlərdə yaratdığı ekoloji vəziyyət də tədqiq olunub.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin