Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs ifşa edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən keçirilmiş tədbirlər nəticəsində 1986-cı il təvəllüdlü Fariz Cəlilov cari il fevralın 19-da qonşusu Əntiqə Məmmədovanın yaşadığı evə gələrək ona olan borcu tələb edib.
Pulu aldıqdan sonra isə aralarında yaranmış mübahisənin gedişində evin mətbəxindən götürdüyü bıçaqla Əntiqə Məmmədovaya çoxsaylı xəsarətlər yetirib. Nəticədə qadın vəfat edib.
Fariz Cəlilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsədn adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:53 / 09.04.2023
Şəmkirdə 37 yaşlı kişi borca görə qonşu qadını öldürdü
Hazırda oxunan: Şəmkirdə 37 yaşlı kişi borca görə qonşu qadını öldürdü
Hazırda oxunan: Şəmkirdə 37 yaşlı kişi borca görə qonşu qadını öldürdü
129777
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.