Xəbər verdiyimiz kimi, bir müddətdir Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur.
Bizim.Media xəbər verir ki, AzTV bununla bağlı reportaj hazırlayıb.
Mənbə qeyd edir ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu mürəkkəb relyefli, seysmik baxımdan aktiv ərazidən keçir.
Yolun 40 km-lik hissəsində, Ağsu aşırımında torpaq sürüşmələri indi də davam edir. Nəticədə nəqliyyatın hərəkəti üçün təhlükə yaranır. Bu vəziyyəti dəyişmək üçün yol yenidən qurulur.
Daha ətraflı videoreportajda:
Bizim.Media