Qəbələdə zorlanan 9 yaşlı qız hamilə qaldı - Tükürpədici olay

Hazırda oxunan: Qəbələdə zorlanan 9 yaşlı qız hamilə qaldı - Tükürpədici olay

129679
Qəbələ Rayonunn Ziric kəndində tükürpədici olay yaşanıb. 

Moderator.az - a şikayət edən Alışov Elçinin sözlərinə görə 9 yaşlı qızı (zorlanan 9 yaşlı uşağın ad və soyadını bəlli səbəblərdən qeyd etmirik) 2014 - cü ildə zorlanaraq hamilə qalıb.  

Alışov Elçinin sözlərinə görə, qızını 22 yaşlı Alışıv Xəzər zorlayıb. Amma o, uzun müddət istintaqdan yayına bilib. Xəzərin Əvəzinə 14 yaşlı Mehdiyev Samir həbs olunub. Ailə dəfələrlə Bakıya gələrək bütün əlaqədar qurumlara şikayət etdikdən sonra Alışıv Xəzər həbs olunub. Amma polislər Mehdiyev Samiri hələ də azadlığa buraxmayıb.  Alışov Cinayətin əsas təşkilatçısı Xəzərin bacısı Tənzilə olduğunu deyib:

“Bu cinayətin təşkilatçısı Xəsərin bacısı Tənzilədir. O, mənim 9 yaşlı qızımı evlərinə aparıb qardaşına zorlatdırıb. Mən Tənzilənin də cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirəm. Mehdiyev Samirin isə heç bir günahı yoxdur, o, azadlığa çıxmalıdır. Əgər bizim işə obyektiv baxılmasa mən məcbur olub Ermənistana keçəcəm.”x9d

Moderator.az məsələdə adları hallanan və ittiham olunan şəxslərin də mövqeyini işıqlandırmağa hazırdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin