Hamiləlik dövründə QİÇS-i necə müəyyən etmək olar? – AÇIQLAMA

Hazırda oxunan: Hamiləlik dövründə QİÇS-i necə müəyyən etmək olar? – AÇIQLAMA

129636

Dünyada yayılmaqda olan qorxulu infeksion xəstəliklərdən biri də QİÇS-dir. Bu xəstəliklə mübarizədə mühüm elmi uğurlar əldə edilsə də, hələ ki, tam müalicəsinə nail olmaq mümkün olmayıb. Hər il dünyada 2 milyon insan QİÇS-dən vəfat edir, bir o qədərdən də insan İİV infeksiyasına yoluxur.

Digər bir dəhşətli statistika isə körpələrlə bağlıdır. Hər il orta hesabla 400 min körpə bu virusun daşıyıcısı kimi dünyaya göz açır. 

Bəs, hamiləlik zamanı bu xəstəliyi necə aşkar etmək və müalicə olunmaq mümkündürmü? 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva bildirib ki, hamiləlik dövründə QİÇS-i (Qazanılmış İmmun Çatışmazlıq Sindromu) simptomlarla müəyyən etmək mümkün deyil:

"QİÇS-in müəyyən olunması üçün analizlər var. Hamilələr ilk dəfə klinikaya müraciət etdikdə, bu hamıda yoxlanılır. Kart-test deyilən bir metod var ki, burada xəstəliyin olub-olmaması bəlli olur. Əgər QİÇS aşkarlanarsa,  xəstəni Respublika Dəri-Zöhrəvi Dispanserinə göndəririk”.

Ziya Hikmətoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin