Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, ETSN-nin mətbuat katibi İradə İbrahimova bu gün gecə və səhər ölkə ərazisində şaxtalı havanın davam edəcəyini, yolların buz bağlayacağını nəzərə alaraq əhaliyə maksimum dərəcədə ehtiyatlı olmağı tövsiyə edib.
"Şaxtalı hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı və diqqətli olmağa çağırırıq.
İndiki saatlarda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir.
Odur ki, gecə və səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar.
Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:50 / 24.02.2021
Nazirlikdən əhaliyə xəbərdarlıq: "Ehtiyac olmadıqda küçəyə çıxmayın"
Hazırda oxunan: Nazirlikdən əhaliyə xəbərdarlıq: "Ehtiyac olmadıqda küçəyə çıxmayın"
Hazırda oxunan: Nazirlikdən əhaliyə xəbərdarlıq: "Ehtiyac olmadıqda küçəyə çıxmayın"
12963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.