Ədliyyə Nazirliyinin vəzifələri azaldıldı – FƏRMAN  

Hazırda oxunan: Ədliyyə Nazirliyinin vəzifələri azaldıldı – FƏRMAN  

129626

Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli və “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanlarda dəyişiklik edilib. 

Dəyişikliklə mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotunu aparmaq məsələsi Ədliyyə Nazirliyinin vəzifələri siyahısından çıxarılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin