Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə aprelin 8-də Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası təşkil olunub.
Bizim.Media xəbər verir ki, nazirliklərin rəhbər şəxslərinin və əməkdaşlarının iştirakı ilə baş tutan tədbirin məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eyni zamanda ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Tədbirdə çıxış edənlər xalqımızın ümummilli lideri respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşmasını qeyd ediblər. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim diqqət yetirir.
Aksiya zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib və onlara aqrotexniki qulluq göstərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:23 / 08.04.2023
İki nazir birlikdə ağacəkmə aksiyasında – FOTO
Hazırda oxunan: İki nazir birlikdə ağacəkmə aksiyasında – FOTO
Hazırda oxunan: İki nazir birlikdə ağacəkmə aksiyasında – FOTO
129624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.