Xocalı Polisi mal-qara oğurlamaqda şübhəli bilinən şəxsləri saxlayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində müxtəlif vaxtlarda Goranboy rayonun Meşəli kənd sakinlərinə məxsus mal-qara və atları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini Arzu Məhərrəmov Xocalı rayon sakini İlkin Abışov ilə birlikdə ümumilikdə 18 şəxsə məxsus 15 baş mal-qaranı və 22 rəst atı müxtəlif vaxtlarda kənd ərazisindən oğurlayaraq respublikanın digər rayonlarına apararaq satıb.
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 10 vətəndaşa dəymiş ziyan ödətdirilib. Şübhəli şəxslərin digər anoloji cinayətlər törətməsi istisna olunmadığından zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:07 / 08.04.2023
Xocalı polisi mal-qara oğrularını SAXLADI – FOTO
Hazırda oxunan: Xocalı polisi mal-qara oğrularını SAXLADI – FOTO
Hazırda oxunan: Xocalı polisi mal-qara oğrularını SAXLADI – FOTO
129611
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.