Artıq bir neçə gündür ki, Göyçayda şəhər və kəndlərin ərazisində küçə və parkların abadlaşdırılması, işıqlandırılması, yaşıllıqların salınması, yolların, səkilərin əsaslı və cari təmir edilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Potu və Müskürlü kəndlərində vətəndaşların müraciəti əsasında torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Yuxarı Şirvan Kanalı İstismar və rayon Suvarma Sistemləri İdarələrinin texnikası vasitəsi ilə kanal və arxlar qazılaraq lil və çöküntülərdən təmizlənib.
Eləcədə Məlikkənd kəndində “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Elektrik Şəbəkəsi tərəfindən elektrik xətlərinin üzərinə düşən ağacların budaqlarında yaşıl budama işləri həyata keçirilərək elektrik enerjisi ilə dayanıqlı və keyfiyyətli təmin olunması bərpa edilib.
Aqil Əsədov,Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:15 / 08.04.2023
Göyçayda su kanalları çöküntülərdən TƏMİZLƏNDİ – FOTO
Hazırda oxunan: Göyçayda su kanalları çöküntülərdən TƏMİZLƏNDİ – FOTO
Hazırda oxunan: Göyçayda su kanalları çöküntülərdən TƏMİZLƏNDİ – FOTO
129603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.