Nazir: "Elektroenergetika haqqında" yeni qanun tariflərin artırılmasını hədəfləmir"

Hazırda oxunan: Nazir: "Elektroenergetika haqqında" yeni qanun tariflərin artırılmasını hədəfləmir"

129538

“Elektroenergetika haqqında yeni qanun layihəsi ilə bağlı millət vəkillərini ən çox narahat edən tariflərdir. Bir daha deyirəm ki, qanun deyir ki, bu tariflər tənzimlənəcək. Dövlət özü qərar verəcək ki, tarif necə olmalıdır. Bu qanun qəbul olunandan sonra məcbur olacaq onu etsin”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı energetika naziri Pərviz Şahbazov bildirib. 

Nazir qeyd edib ki, qanun layihəsinin bu sahənin liberallaşması ilə heç bir əlaqəsi yoxdur.

“Burada söhbət ancaq ondan gedir ki, bu sahədə şəffaflığı və səmərəliliyi təmin edək, müxtəlif sahələri bir-birindən ayırmaqla orada daha çox şəffaflıq yaradaq, harada mümkündürsə, orada rəqabət üçün şərait yaradaq”. 

P. Şahbazov bildirib ki, gələcəkdə liberallaşma mümkün olacaqsa olacaq, olmayacaqsa olmayacaq:

“Bu qanun bizi bütün mütərəqqi dünyanın bu sektorda fəaliyyət göstərdiyi istiqamətə aparır. Özəl investisiyaların tətbiqinə bu qanunla qərar vermiş olmuruq. Amma bu qanunu qəbul etməmək kökündən səhvdir. Hətta ən strateji sahələrdə də investisiyalar olub və bugünkü sərvətləri əldə edə bilmişik. İnvestisiyalara Yer kürəsində “yox” deyən yoxdur. Bu qanun bu imkanları bizim üçün yaradır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin