Heydər Əliyevin hədiyyəsini 51 il qoruyub saxladı, indi isə... – FOTOREPORTAJ 

Hazırda oxunan: Heydər Əliyevin hədiyyəsini 51 il qoruyub saxladı, indi isə... – FOTOREPORTAJ 

129491

Əslən Qərbi Azərbaycandan olan İmişli sakini İsmayılov Cəbrayıl Cabbar oğlu Heydər Əliyevin ona hədiyyə etdiyi Qaz-24 markalı avtomobili az nə çox düz 51 ildir qoruyub saxlayır. Bu müddət ərzində Milli Liderin əziz hədiyyəsi kimi baxdığı avtomobili indi Ulu Öndərin muzeyinə bağışlamağı düşünür. 

Bizim.Media-nın Aran bürosunun əməkdaşı Cəbrayıl İsmayılovla həmsöhbət olub. 

Müsahibimiz 1941-ci ildə Vedi rayonu Gilanlar kəndində dünyaya göz açıb.



Keşməkeşli həyat yolu olan Cəbrayıl İsmayılov 1961-cı ildə ailəsi ilə birlikdə doğma yurdundan qovulub. Həmin ili Cəbrayıl İsmayılov və yaxınları İmişli rayonu Şahverdili kəndində məskunlaşıb. 

Zəhmətkeşliyi ilə seçilən C. İsmayılov əkin-biçin işləri ilə məşğul olub və pambıqçılıq sahəsi üzrə uğurlu nəticələr əldə edib. O, həm də yaxşı mexanizator olub, o dövrdə əvvəlcə “Mirbəşir Qasımov” kolxozunda, daha sonra Qələbə kolxozunda çalışıb. Birinci dərəcəli mexanizator olub. İmişlidə ilk dəfə çarpaz becərməni də o ilk dəfə o sınaqdan keçirib. Əmək bacarıqlarına görə müxtəlif medallarla təltif olunub.

Onun çəkdiyi zəhmət qarşılıqsız qalmayıb:

“1972-ci il idi. Heydər Əliyev İmişliyə səfərə gəlmişdi. Həmin dönəm də maksimum məhsuldarlıq göstəricisi ilə yəni 350 sentner pambıq təhvil vermişdim. Bu məqam Heydər Əliyevin diqqətindən yayınmadı elə həmin ili başladığım ev tikintisi Ulu Öndərin göstərişi ilə davam etdirildi. Evin boyası, tikinti materialları ən yüksək keyfiyyətli inşaat mallarından oldu. Həmin il evin inşası tam başa çatdı. Bu evdə olan çil-çıraqdan tutmuş boyasına qədər hər biri 1952-ci ilin yadigarıdır, qoruyub saxlayıram”



C.İsmayılovun digər hədiyyəsi isə Heydər Əliyevin ona verdiyi “Qaz-24” volqa markalı avtomobil olub. Avtomobili 51 il ərzində Cəbrayıl İsmayılov göz-bəbəyi kimi qoruyub saxlayıb.

Bu avtomobil 51 il ərzində cəmi 83 min km yol qət edib. Avtomobilin bütün detalı zavod istehsalıdı. 

“Heydər Əliyev hər zaman zəhmət adamlarının yanında olub, onlara dəyər verib. Pambıq sahələrinə baş çəkəndə, sadə zəhmət adamları ilə görüşəndə onların qayğıları ilə maraqlanıb və həmin şəxslər sırasında mən də olmuşam. Bunun üçün çox xoşbəxtəm ona görə də bu maşını bir növ əmanət kimi qorumağı özümə borc bilmişəm. Bu maşın 51 illik etibarlı yoldaş olub mənə, maşını minib xeyrimə-şərimə getmişəm. İndi isə istəyirəm bu maşını Heydər Əliyev muzeyinə bağışlayım. İstəyirəm ki, məndən sonrada bu maşına yaxşı baxılsın. Mən necə saxlamışamsa elə də qorunub saxlanılsın”.












Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin